top of page

Yaradıcı Psixologiya Simpoziumu

Yaradıcı Psixologiya Simpoziumu psixologiyanın, incəsənətin, tədqiqatın, praktikanın və rifahın innovativ kəsişmə nöqtəsində disiplinlərarası dialoq, tədqiqat mübadiləsi, biliklərin bölüşülməsi və hədsiz maraq doğuran təcrübi çalışmaları bir araya gətirmək məqsədilə yaradılmış dinamik bir platformadır.

Registration is closed
See other events
Yaradıcı Psixologiya Simpoziumu
Yaradıcı Psixologiya Simpoziumu

Time & Location

15 dek 2023, 12:00 GMT+4 – 16 dek 2023, 19:00 GMT+4

1-ci gün Passage 1901 / 2-ci gün Nine Senses Art Center, 12 Nigar Rəfibəyli, Bakı 1005, Azerbaijan / Nardaran, 31 Dalan, Baku 1005

About the event

Yaradıcı Psixologiya Simpoziumu incəsənətə əsaslanan, tədqiqatla sübut olunmuş kreativ psixoloji yanaşmaları araşdırmaq üçün sənətkarları, elmi işçiləri, psixoloqları, tədqiqatçıları, təcrübəçiləri, tələbələri və icmamızın üzvlərini bir araya gətirməklə psixologiya, incəsənət, tədqiqat və rifahın bir nöqtədə kəsişməsini təmin edən innovativ bir tədbirdir.

 

Belə bir çoxşaxəli icmanın üzvlərini bir araya gətirməkdə məqsədimiz Azərbaycanda və regionda yaradıcı psixologiyanın təsir gücünü artıra biləcək əməkdaşlıq əlaqələrini təşviq etməkdir.

 

Yaradıcı Psixologiya Simpoziumu 2 gün davam edəcəkdir. İlk gün Art və Poeziya Terapiyasına, ikinci gün isə Hərəkət və Musiqi Terapiyasına həsr olunacaqdır. Ətraflı proqramımıza buradan daxil ola bilərsiniz.

 

Simpozium iki fərqli məkanda keçiriləcəkdir:

· Cümə, 15 dekabr: Passage 1901 / 12:00 - 19:00

· Şənbə, 16 dekabr: Nine Senses Art Center / 12:00 - 19:00

 

Ikinci gün (16 Dekabr) üçün bəli, olacaq. İştirakçılarımızı Gənclik metrostansiyasından Nine Senses İncəsənət Mərkəzinə və geriyə daşımaq üçün avtobuslarımız olacaq. Qiymət 5 AZN təşkil edir, bu qiymətə həm gediş, həm də gəliş daxildir, avtobuslar 16 dekabr saat 11:00-da Gənclik m/s-dan Nine Senses-ə yola çıxır, 19:00-da isə Nine Senses-dən Gənclik m/s-na geri qayıdır.

 

Sponsorlarımız sayəsində simpoziuma qeydiyyat bütün iştirakçılar üçün ödənişsizdir.

 

Qeydiyyatdan keçmiş bütün iştirakçılar tədbirdə iştirak etdiyinə görə sertifikat alacaq.

 

Hər hansı sualınız olduqda, hello@creativepsychsymposium.com komandasına müraciət edə bilərsiniz və @Create.Psych ünvanında bizi izləyin.

 

Sizi ilk Yaradıcı Psixologiya Simpoziumunda görməyimizə şad olarıq!

Share this event

bottom of page